“Qarabağ” bu gün “Atletik” ilə qarşılaşacaq

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda daha 9 oyun keçiriləcək.
1news.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ komandası İspaniya səfərində "Atletik - Bilbao" ilə üz-üzə gələcək.
"San Mames" stadionunda keçiriləcək oyunu Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək.
"Qarabağ" bundan əvvəl keçirdiyi hər iki görüşdə qalib gəlib, "Atletik" isə hələ ki, xal qazanmayıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
Atletik" – "Qarabağ" oyunu bu gün "San Mames" stadionunda 20:45-də keçiriləcək.
Oyunun baş hakimi İqor Payaç olacaq.
75