Fransa Güləş Federasiyası səhvə görə Azərbaycandan üzr istədi - FOTOFAKT | 1news.az | Xəbərlər
İdman

Fransa Güləş Federasiyası səhvə görə Azərbaycandan üzr istədi - FOTOFAKT

11:56 - 14 / 01 / 2021
Fransa Güləş Federasiyası səhvə görə Azərbaycandan üzr istədi - FOTOFAKT

15-17 yanvar tarixlərində Fransanın Nitsa şəhərində 47-ci dəfə keçiriləcək güləş üzrə turnirdə Azərbaycanla bağlı səhvə yol verilib.

1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, 1924-cü ildə Fransadakı Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə qızıl medal qazanmış Anri Deqlanın şərəfinə keçirilən Qran Pridə təşkilatçılar iştirakçı Azərbaycanın bayrağını loqoda əks etdirməyib.

Bundan xəbər tutan Azərbaycan Güləş Federasiyası dərhal məsələyə reaksiya verib və bu barədə təşkilatçılara iradını bildirib. Nəticədə təşkilatçı olan Fransa Güləş Federasiyası səhvini düzəldərək, loqoya Azərbaycan bayrağını da əlavə edib.

Həmçinin təşkilatçılar “Facebook” hesablarında səhvin siyasətlə bağlı olmadığını bildiriblər və buna görə üzr istəyiblər:

“Milli bayrağın Qran-Prinin rəsmi sənədlərində yer almaması ilə bağlı yaranan problemə görə Azərbaycan Güləş Federasiyası və ictimaiyyətindən üzr istəyirik. Artıq bu düzəliş edilib. Bu, heç bir halda siyasətlə bağlı deyildi, sadəcə bizim tərəfimizdən bir səhv idi. Azərbaycan güləşçilərinə və bütün iştirakçı ölkələrin təmsilçilərinə yaxşı mübarizə arzulayırıq”.

Qeyd edək ki, yarışda 27 ölkəni təmsil edən 300-dən artıq güləşçi qüvvəsini sınayacaq.

 
1news.az
Paylaş:
643

Sizin üçün xəbərlər

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər