Sudanda silahlı qarşıdurma zamanı 129 nəfər ölüb | 1news.az | Xəbərlər
Dünya

Sudanda silahlı qarşıdurma zamanı 129 nəfər ölüb

1news Redaksiyası11:26 - 19 / 01 / 2021
Sudanda silahlı qarşıdurma zamanı 129 nəfər ölüb

Sudanın Qərbi Darfur vilayətində yerləşən Geneyna şəhərində baş verən silahlı qarşıdurma zamanı 129 nəfər ölüb, 198 nəfərin yaralanıb. 

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli “Baj News” nəşri məlumat dərc edib.

Vilayətin həkimlər komitəsinin açıqlamasına görə, ölənlərin sayının artacağı istina edilmir.

Qeyd edək ki, tərəflər arasında yaranan silahlı insidentə səbəb şənbə günü şəhər sakininin qətlə yetirilməsi olub.

1news.az

Paylaş:
613

Son xəbərlər

Bütün xəbərlər