Kamran Əliyev: "Vətən müharibəsi dövründə ermənilər 12 azyaşlını və 27 qadını qətlə yetirib" | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamran Əliyev: "Vətən müharibəsi dövründə ermənilər 12 azyaşlını və 27 qadını qətlə yetirib"

15:41 - 25 / 01 / 2021
Kamran Əliyev: "Vətən müharibəsi dövründə ermənilər 12 azyaşlını və 27 qadını qətlə yetirib"

Vətən müharibəsi dövründə erməni silahlı birləşmələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 93 dinc sakin həlak olub.

1news.az-ın məlumatına görə, bu barədə Baş prokuror Kamran Əliyev 2020-ci ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında deyib.

O bildirib ki, ermənilər tərəfindən müharibə dövründə 12 azyaşlı və 27 qadın qətlə yetirilib, 407 nəfər, o cümlədən 50 azyaşlı və 101 qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

1news.az

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər