Builki qəbul imtahanları necə keçiriləcək? – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO

İmtahanların ardıcıllığı hər dəfə pandemiyanın şərtlərindən asılı olur.
Tarixlə bağlı DİM-də təklifləri hazırlanır, hökumətə öncədən təqdim edilir. Hazırda qəbul imtahanlarının iki mərhələdə (yaz və yay) keçirilməsi məsələsi müzakirə olunur.
Eyni zamanda bu il abituriyentlərə iki şans verilməsi də əsas məsələlərdən biridir. İmtahanların ardıcıllığı müəyyən olunanda və aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Xatırladaq ki, ötən il pandemiya səbəbindən qəbul imtahanı bir mərhələdə keçirilmişdi.
1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Builki qəbul imtahanları necə keçiriləcək?” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – DİM-nin mətbuat katibi Xanlar Xanlarzadə, DİM-nin psixoloqu Pərviz Kazımov, təhsil ekspertləri Kamran Əsədov və Qoshqar Meherremli mövzu ətrafında müzakirə aparıblar.
S.Xankişiyeva