Paytaxtın bu magistrallarında sürət həddi endirilib

Bakıda əsas magistralda sürət həddi endirilib.
Bakı Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, gecədən başlayaraq paytaxtda müşahidə olunan dumanlı hava şəraitilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Biıgəh və Zığ dairəsi-Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
"Məqsəd hərəkət təhlükəsizliyini təmin etməkdir. Sürücülərə ehtiyyatlı olmalarını, meterioloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini tövsiyə edirik" - deyə, BNA-dan bildirilib.
Qafar Ağayev
451