Şahmar Mövsümov Minatəmizləmə Agentliyinin yeni sədrini kollektivə təqdim edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Şahmar Mövsümov Minatəmizləmə Agentliyinin yeni sədrini kollektivə təqdim edib

09:36 - 05 / 02 / 2021
Şahmar Mövsümov Minatəmizləmə Agentliyinin yeni sədrini kollektivə təqdim edib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov kollektivə təqdim olunub.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, Vüqar Süleymanovu kollektivə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov təqdim edib.

Qeyd edək ki, 2021-ci il 4 fevral tarixində Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Vüqar Süleymanov Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.

Qafar Ağayev

Paylaş:
632

Son xəbərlər

Bütün xəbərlər