Prezidentin xüsusi nümayəndələri ilə əlaqədar qanuna dəyişiklik edilib | 1news.az | Xəbərlər
Siyasət

Prezidentin xüsusi nümayəndələri ilə əlaqədar qanuna dəyişiklik edilib

12:28 - 12 / 02 / 2021
Prezidentin xüsusi nümayəndələri ilə əlaqədar qanuna dəyişiklik edilib

Prezidentin xüsusi nümayəndələrinin vəzifələri ilə əlaqədar qanuna dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, qanunda inzibati və yardımçı vəzifələrin təsnifatı qaydasına dəyişiklik edilir və bu bölməyə yeni vəzifələr əlavə edilir.

Təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək.

Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

S.Xankişiyeva

 

Paylaş:
732

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər