Bu günün statistikası: 220 nəfər COVID-19-a yoluxub, 145 nəfər sağalıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günün statistikası: 220 nəfər COVID-19-a yoluxub, 145 nəfər sağalıb – FOTO

S.Xankişiyeva14:49 - 24 / 02 / 2021
Bu günün statistikası: 220 nəfər COVID-19-a yoluxub, 145 nəfər sağalıb – FOTO

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 220 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 233 644 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 228 157 nəfər müalicə olunaraq sağalıb, 3 206 nəfər vəfat edib, aktiv xəstə sayı 2 281 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 915, ötən müddət ərzində isə ümumilikdə 2 571 016 test aparılıb.

Paylaş:
447

Son xəbərlər

Bütün xəbərlər