Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri | 1news.az | Xəbərlər
Siyasət

Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri

S.Xankişiyeva11:32 - 25 / 02 / 2021
Xocalı soyqırımı XX əsrin ən ağır cinayətidir - Türkiyə parlamentinin sədri

Bu gün Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırının anım mərasimi keçirilib.

Trend-in məlumatına görə, mərasimdə TBMM-in sədri Mustafa Şentop çıxış edərək Xocalı soyqırımının XX əsrin ən ağır cinayəti olduğunu bildirib.

M.Şentop bildirib ki, ermənilər həmin gün günahsız insanları, o cümlədən yaşlıları, qadınları, uşaqları qəddarlıqla öldürməklə öz vəhşiliklərini dünyaya göstərdilər: “Xocalı soyqırımı XX əsrin ən ağır cinayətlərinin önündə gəlir”.

M.Şentop vurğulayıb ki, ermənilər vəhşiliklərinə görə dünyada ilk yerdə durur: “İnsanlıq tarixinə ləkə olan bu qətliamı dünyaya tanıtmaqda Azərbaycanın yanında olacağıq. Millətimizə yönəlmiş kampaniyalar o qədər artıb ki, haqlı durumda olduğumuz halda haqsız duruma düşmüşük. Ona görə də bu soyqırımı bütün dünyaya tanıtmalıyıq”.

Paylaş:
347

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər