Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Qafar Ağayev10:29 - 03 / 03 / 2021
Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun keçiriləcəyi tarixlər açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən məlumata görə, belə ki, martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək. Bu mərhələyə qeydiyyat https://www.olimpiada.edu.az/ saytı vasitəsi ilə elektron formada həyata keçirilib.

Olimpiadaların yarımfinal turu mövcud pandemiya şəraitinə uyğun olaraq, ölkə üzrə 37 mərkəzdə təşkil ediləcək. Ümumilikdə, 6205 şagird bu mərhələdə iştirak hüququ qazanıb.

Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə müvafiq fənlərə olan marağın artırılması, onların sağlam rəqabət prinsipləri əsasında öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə şərait yaradılmasından ibarətdir.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

Paylaş:
436

Son xəbərlər

Əməkdar jurnalist vəfat etdi23 / 05 / 2024, 17:51Nasaz yük avtomobilinin yolda qalması bir neçə istiqamətdə avtomobil sıxlığının yaranmasına səbəb olub23 / 05 / 2024, 17:48Bakı Hərbi Kolleci, Gəncə Hərbi Kolleci və Naxçıvan Hərbi Kolleci yaradılıb23 / 05 / 2024, 17:38Bakı və Abşeronda yağış yağacaq, külək güclənəcək- Hava XƏBƏRDARLIĞI23 / 05 / 2024, 17:27Emoməli Rəhmonun Azərbaycana dövlət səfəri başa çatıb23 / 05 / 2024, 16:44COP29 vahid onlayn rezervasiya platformasını təqdim edir23 / 05 / 2024, 16:40NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib23 / 05 / 2024, 16:28İlham Əliyev tacikistanlı həmkarı ilə müzakirə etdiyi məsələləri açıqlayıb23 / 05 / 2024, 16:23Emoməli Rəhmon: Azərbaycanla təhlükəsizlik sahəsində səmərəli əməkdaşlığın səviyyəsindən məmnunuq23 / 05 / 2024, 16:18İlham Əliyev Emoməli Rəhmonu COP29-a dəvət edib23 / 05 / 2024, 16:17Prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB23 / 05 / 2024, 16:12Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”23 / 05 / 2024, 16:09DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Dünyanın qayğısına qal” adlı layihə həyata keçirilib23 / 05 / 2024, 16:01Müəllimlər riayət etməli olduqları qaydalar müəyyənləşib - Nazirlikdən QƏRAR23 / 05 / 2024, 15:59Ağdərə rayonunda 5 məktəb yaradılacaq23 / 05 / 2024, 15:55“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “PASHA Hackathon” keçiriləcək23 / 05 / 2024, 15:49Bakıda 3 məktəb direktoru vəzifəsindən azad edilib23 / 05 / 2024, 15:18Azərbaycanla Rusiya arasında turizm əlaqələrinin genişləndirilməsi müzakirə olunub23 / 05 / 2024, 14:13Əhmədlə bağlı təhlükəsizlik tədbiri - Xüsusi xəstəxanaya köçürüldü23 / 05 / 2024, 14:09Şuşada beynəlxalq uşaq yaradıcılıq festivalı keçiriləcək23 / 05 / 2024, 14:02
Bütün xəbərlər