Adil Kərimli Yeni Delhidə keçirilən forumda iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Adil Kərimli Yeni Delhidə keçirilən forumda iştirak edir

1news Redaksiyası10:56 - Bu gün
Adil Kərimli Yeni Delhidə keçirilən forumda iştirak edir

Mədəniyyət naziri Adil Kərimli Yeni Delhidə keçirilən forumda iştirak edir.

Bu barədə 1news.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, noyabrın 20–22-də Hindistanın paytaxtı Yeni Delhidə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində ilk Sivilizasiyalararası Dialoq Forumu keçirilir.

Azərbaycan mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti forumda iştirak edir.

Forumun məqsədi ortaq sivilizasiya irsinin öyrənilməsi, xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi və mədəniyyətlərarası əməkdaşlığın təşviqidir. Proqramda Hindistanın Baş naziri Narendra Modinin açılış çıxışı, mədəniyyət təqdimatları, sərgilər və tematik müzakirələr yer alır.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər