Avtomobil almaq arzusu ilə götürdüyü krediti tanışı oğurladı - polis saxladı

Binəqədi rayonu ərazisində talama hadisəsi qeydə alınıb, zərərçəkən bir müddət əvvəl avtomobil almaq üçün pul toplamaq qərarına gəlib.
1news.az xəbər verir ki, bu məqsədlə bankların birindən 4000 manat məbləğində kredit vəsaiti götürərək yaşadığı evə gətirib, amma mənzildə olmadığı vaxt həmin pulun oğurlandığını bildirib.
Binəqədi rayonu ərazisində polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş, zərərçəkənin köhnə tanışı N.Qədirli müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
35











