Sumqayıtda Üzeyir Hacıbəyli küçəsində daha bir yol çöküb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda Üzeyir Hacıbəyli küçəsində daha bir yol çöküb

1news Redaksiyası12:15 - Bu gün
Sumqayıtda Üzeyir Hacıbəyli küçəsində daha bir yol çöküb

Sumqayıt şəhərində Üzeyir Hacıbəyli küçəsində yolun daha bir hissəsi çöküb.

1news.az xəbər verir ki, hadisə yerinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, bərpa işlərinə başlanılıb.

Qeyd edək ki, sözügedən küçədə yol örtüyünün çökməsi halları əvvəllər də qeydə alınıb. Bir neçə gün əvvəl yaranmış çökəkliklərdən biri aradan qaldırılıb, bir neçə ay əvvəl isə yolun digər hissəsində təmir işləri aparılıb. Son hadisə küçədə qeydə alınan üçüncü çökmə halıdır.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər