Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

1news Redaksiyası12:01 - Bu gün
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

2026-cı il noyabrın 20-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

1news.az xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə sistemində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verib.

Həmçinin hakimlər barəsində intizam icraatı üzrə işlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bununla yanaşı, Şuranın fəaliyyətinə dair cari məsələlər, o cümlədən Şura üzvlərindən ibarət Etik davranış üzrə Etika Komissiyasının tərkibinin formalaşdırılması məsələsi müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər