Taksi qiymətləri baha, metro bağlı, avtobus isə yox | 1news.az | Xəbərlər
Cəmiyyət

Taksi qiymətləri baha, metro bağlı, avtobus isə yox

15:41 - 05 / 03 / 2021
Taksi qiymətləri baha, metro bağlı, avtobus isə yox

Paytaxt sakinləri uzun müddətdir ki, nəqliyyat problemi ilə üzləşirlər.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, magistr imtahanı verən bakalavrlar imtahana gedən gün də çətinlik çəkiblər. İctimai nəqliyyat fəaliyyət göstərmədiyindən imtahana gələn tələbələr yalnız taksi, ya da şəxsi avtomobildən istifadə etməli olublar. Bəzi ərazilərdə isə hətta taksi ilə bağlı problmlər də yaşanıb.

Həftəsonu avtobuslar işləmədiyindən minlərlə tələbə çətinlik çəkib. Magistr imtahanında iştirak etmək üçün tələbələr bu gün imtahan verəcəkləri binaya ya şəxsi avtomobillə ya da taksi ilə gəliblər.

20 minə yaxın bakalavır İmtahanda iştirak üçün 50 manat dövlət rüsumu ilə yanaşı həm də taksi pulu ödəməli olublar.Tələbələr imtahan verəcəkləri məktəblərin uzaq ünvanda yerləşməsindən də şikayətlənirlər.

Bəzi ərazilərdə isə taksi tapmaqda çətinlik çəkənlər də olub.

Dövlət İmtahan Mərkəzinin sözçüsü Xanlar Xanlarzadə Xəzər Xəbər-ə açıqlamasında bildirdi ki, magistirlərin imtahan verəcəyi yer onların faktiki yaşayış yerinə uyğun təyin edilir.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev isə bildirdi ki, Nazirlər kabinetinin qərarına əsasən hazırda heftə sonları ictimai nəqliyyat fəaliyyət göstərmir. Əgər həmin gün üçün avtobusların işləməsi barədə qərar verilsə, agentlik bunu təmin edə bilər.

1news.az

Paylaş:
283

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər