Azərbaycan təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradır – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradır – FOTO

S.Xankişiyeva17:10 - 09 / 03 / 2021
Azərbaycan təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradır – FOTO

Azərbaycan qlobal iqlim dəyişmələrinin təsirlərinə adaptasiya çərçivəsində təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sistemini yaradır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan İqlim Dəyişikliyinə dair Paris Sazişini imzalayaraq atmosfer havasına buraxılan parnik qazlarının 2030-cu ilədək 35 faiz azaldılması barədə öz üzərinə öhdəlik götürməklə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli istiqamətində töhfəsini verir.

Qeyd olunan Saziş, həmçinin ölkələrin iqlim dəyişmələrinin təsirlərinə adaptasiyası məsələlərini əhatə edir. O cümlədən, Sendal çərçivə proqramında 2030-cu ilədək ölkələrdə təhlükəli hava hadisələrinin erkən xəbərdarlıq sisteminin yaradılmasının zəruriliyi göstərilir.

Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində meteoroloji radarların lider istehsalçısı olan ABŞ-ın “BARON” şirkətindən 2 ədəd son nəsil Dopler meteoroloji radar alınıb. Bununla da İqlim Dəyişmələri üzrə Tərəflərin 26-cı Konfransı ərəfəsində Azərbaycan konvensiyanın prinsiplərinə öz sadiqliyini növbəti dəfə təsdiq edib.

Ümumiyyətlə Azərbaycanda hidrometeoroloji xidmətlərin modernləşdirilməsi istiqamətində təkcə son iki il ərzində 25 hidroloji, 4 dəniz, havanın keyfiyyətinin monitorinqi üzrə isə 5 avtomatlaşdırılmış stansiya quraşdırılıb. Bunun nəticəsində hidrometeotəminat keyfiyyətcə daha yeni səviyyəyə qaldırılaraq iqlim dəyişmələrinin təsirlərinə həssaslığın azalmasına imkan yaranıb.

Ölkə üzrə erkən xəbərdarlıq sistemlərinin quraşdırılması davam edir. Belə sistemlərdən ikisi Şamaxı və Göygöl rayonlarında 9 mart 2021-ci il tarixində istifadəyə verilib. Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkərimov, BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Qulam İsakzai, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin təmsilçisi Zoltan Szalai, “Spesosnasheniya” şirkətinin rəhbəri Aliya Nurakişeva iştirak edib.

Paylaş:
261

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər