Çavuşoğlu: “Türkiyə, Azərbaycan və Gürcüstan birgə layihələrdə Orta Asiya ölkələrinin iştirakını arzulayır” | 1news.az | Xəbərlər
Siyasət

Çavuşoğlu: “Türkiyə, Azərbaycan və Gürcüstan birgə layihələrdə Orta Asiya ölkələrinin iştirakını arzulayır”

17:20 - 10 / 03 / 2021
Çavuşoğlu: “Türkiyə, Azərbaycan və Gürcüstan birgə layihələrdə Orta Asiya ölkələrinin iştirakını arzulayır”

“Hazırda çox əhəmiyyətli nəqliyyat layihələrini həyata keçiririk”.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Qırğızıstan-Türkiyə Manas Universitetində çıxışı zamanı deyib.

“Biz Türkiyə, Azərbaycan və Gürcüstan olaraq həyata keçirdiyimiz layihələrə Orta Asiya ölkələrinin daxil olmasını arzulayırıq”, - deyə XİN başçısı qeyd edib.

Nazir vurğulayıb ki, bu mövzu Türkmənistan, Özbəkistan və Qırğızıstana səfərləri zamanı aparılan müzakirələrdə üstünlük təşkil edib.

1news.az

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər