“Azəriqaz” SMS bildirişlərin göndərilməsinə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azəriqaz” SMS bildirişlərin göndərilməsinə başlayıb

S.Xankişiyeva17:52 - 10 / 03 / 2021
“Azəriqaz” SMS bildirişlərin göndərilməsinə başlayıb

“Azəriqaz” İstehsalat Birliyi abonentlərə təbii qazdan istifadəyə görə SMS bildirişlərin göndərilməsinə başlayıb.

İB-dən 1news.az-a verilən məlumata görə, təxminən bir ay əvvəl start verilən yeni proqramlaşdırma işləri müvəffəqiyyətlə tamamlanıb. Mart ayının 9-dan etibarən bir gün ərzində Bakı şəhəri və Abşeron yarımadasını əhatə etməklə 12 inzibati rayon üzrə SMS bildirişlər Birliyin abonent bazasında mövcud olan mobil telefon nömrələrinə göndərilib. Ümumilikdə, 61 mindən çox abonenti əhatə edən SMS bildirişlər 5 mln. manata yaxın debitor borcun yığımını əhatə edir. Ən çox SMS bildirişi Abşeron rayonu üzrə 10 970 abonent alıb.

SMS bildirişlərin göndərilməsi “Azəriqaz” İstehsalat Birliyi üçün də yeni bir təşəbbüs olduğundan bəzi xırda çatışmazlıqlar ortalığa çıxa bilər. Bir sutka ərzində 10-a yaxın belə müraciət daxil olub. Əsasən bu müraciətlər bəzi abonentlərin bazadakı mövcud mobil nömrələrinin daha sonra digər şəxslərə satılması və ya bağışlanmasından irəli gələn məsələləri əhatə edir. Lakin bu halda da çətinliklər tez bir zamanda araşdırılaraq aradan qaldırılır.

Qeyd edək ki, bundan sonrakı mərhələdə proqram təminatı təkmilləşdirilməklə, SMS bildirişlərin göndərilməsinin ölkənin digər bölgələrində də tətbiqi nəzərdə tutulur.

Paylaş:
264

Son xəbərlər

Bakıda 22 il əvvəl öldürülən yeniyetmə qızın qətlinin üstü açılıb05 / 10 / 2024, 18:11Bakıda “Avenue” lüks seqment mebel və ev aksesuarları mağazası açılıb - FOTO05 / 10 / 2024, 17:49Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib05 / 10 / 2024, 17:18Güclü külək əsəcək - XƏBƏRDARLIQ05 / 10 / 2024, 16:48Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə MN-də yaradılan işçi qrupunun görüşü keçirilib05 / 10 / 2024, 16:21Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür05 / 10 / 2024, 16:06Binədə 27 min manatlıq oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 15:37Zəngilanda altıncı yaşayış kompleksinin layihə görüntüləri yayımlanıb05 / 10 / 2024, 15:01XİN: Ermənistanın sülhsevər mövqeyi ilə bağlı açıqlamaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan manipulyasiyadır05 / 10 / 2024, 14:21Enerji keçidi: beynəlxalq öhdəliklər, nailiyyətlər və çağırışlar - FOTO - VİDEO05 / 10 / 2024, 13:59Ceyhun Bayramov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Müəllimləri təbrik edib05 / 10 / 2024, 13:57Sabir Hacıyev “Şöhrət” ordeni ilə təltif edilib05 / 10 / 2024, 13:35Ən yüksək nəticə göstərən və ali məktəbə qəbul olan 102 tələbəyə Prezident təqaüdü veriləcək - SƏRƏNCAM05 / 10 / 2024, 13:25Bəhreyn Krallığının Baş prokuroru Azərbaycana gəlib - FOTO05 / 10 / 2024, 13:06Bazar günü hava necə olacaq? - PROQNOZ05 / 10 / 2024, 12:46Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanılıb05 / 10 / 2024, 12:22Qızıl və gümüş cüzi ucuzlaşıb05 / 10 / 2024, 11:53Bakıda 76 min manatı dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb05 / 10 / 2024, 11:11DİN: Ötən gün 32 cinayətin üstü açılıb05 / 10 / 2024, 10:42Gəncə şəhərininin ikinci dəfə raket hücumuna məruz qalmasından dörd il ötür05 / 10 / 2024, 10:29
Bütün xəbərlər