Azərbaycanın Qarabağda apardığı müharibənin taktikası ABŞ-da öyrənilir | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın Qarabağda apardığı müharibənin taktikası ABŞ-da öyrənilir

S.Xankişiyeva15:01 - 31 / 03 / 2021
Azərbaycanın Qarabağda apardığı müharibənin taktikası ABŞ-da öyrənilir

Amerikada çıxan “Foreign Policy” jurnalında dərc olunan məqalədə Qarabağ müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar aparılması təcrübəsinin amerikalı hərbçilər tərəfindən öyrənilməsi barədə söhbət açılır.

AZƏRTAC xəbər verir ki, amerikalı jurnalist Cek Doytç məqaləsində ötən payız Azərbaycanın müharibənin gedişində Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarından və zərbə pilotsuz uçuş aparatlarından istifadə edərək, Dağlıq Qarabağda hava məkanına nəzarəti tamamilə öz üzərinə götürməsindən yazır. Məhz o vaxt ABŞ Silahlı Qüvvələrinin strateqlərinə aydın oldu ki, müasir dövrdə düşmənin canlı qüvvəsini tapmaq və məhv etmək əvvəlkinə nisbətən daha asan və ucuz başa gəlir.

ABŞ ordusunda asimmetrik müharibə qrupunun sabiq rəhbəri polkovnik Skott Şou deyib: “Pilotsuz hava sistemləri tərəfindən tankların, artilleriya mövqelərinin və qoşunların necə məhv edilməsini videokadrlarda izləmək olar”. Onun sözlərinə görə, ötən payız Azərbaycan erməni silahlı qüvvələrini darmadağın etdikdən sonra aydın oldu ki, Amerika silahlı qüvvələri daha öz rəqibləri üzərində havada şəksiz üstünlüyə malik ola bilməyəcəklər və hətta nisbətən yoxsul ölkələr özlərini etibarlı hərbi hava qüvvələri ilə təmin edə bilərlər.

Müəllif yazır ki, Azərbaycan altı həftəlik münaqişə zamanı erməni qoşunlarının zirehli tank qüvvələrini, həmçinin logistika və təchizat xəttini məhv etməkdən ötrü Türkiyə istehsalı olan “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından və əksəriyyəti İsraildə istehsal olunmuş zərbə pilotsuz uçuş aparatlarından istifadə etdi. Erməni silahlı qüvvələrinin silah-sursatla yüklənmiş maşın karvanları cəbhə xəttinə çatmağa belə macal tapmırdı.

Məqalədə deyilir ki, münaqişənin son günlərində Azərbaycan Prezidenti İlham Əliyev erməni qüvvələrinə məxsus məhv edilən və ələ keçirilən texnikanın, o cümlədən təxminən 250 tank, 50 ədəd piyadaların döyüş maşını və 4 ədəd S-300 raketəleyhinə müdafiə sistemi, həmçinin 198 yük maşını və 17 özüyeriyən artilleriya qurğusunun siyahısını elan edib. Oktyabrın ortalarında Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan hərbçiləri Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının köməyi ilə 1 milyard dollardan artıq dəyərə malik erməni təchizatının məhv ediblər.

Məqalədə bildirilir ki, amerikalı hərbçilər Azərbaycanın təqdim etdiyi, müharibə aparılmasının uğurlu strategiyasını və müasir taktikasını nümayiş etdirən videomaterialları diqqətlə öyrənirlər.

Paylaş:
363

Son xəbərlər

Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46
Bütün xəbərlər