Nazir: “Azərbaycan azad edilmiş ərazilərdə bərpa və reskonstruksiya işlərində Türkiyəyə üstünlük verir” | 1news.az | Xəbərlər
Siyasət

Nazir: “Azərbaycan azad edilmiş ərazilərdə bərpa və reskonstruksiya işlərində Türkiyəyə üstünlük verir”

17:26 - 02 / 04 / 2021
Nazir: “Azərbaycan azad edilmiş ərazilərdə bərpa və reskonstruksiya işlərində Türkiyəyə üstünlük verir”

Azərbaycan bütün sahələrdə, o cümlədən "Böyük qayıdış" strategiyasının reallaşdırılmasında türkiyəli tərəfdaşları ilə əməkdaşlıqda maraqlıdır.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələri barədə "dəyirmi masa" zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan azad edilmiş ərazilərdə bərpa və reskonstruksiya işləri çərçivəsində Türkiyəyə üstünlük verir: "Sevindirici haldır ki, türkiyəli sahibkarlar da bu proseslərdə iştirak etməkdə maraqlıdır və bununla bağlı çoxsaylı təkliflər irəli sürür".

Nazir bildirib ki, bir sıra Türkiyə şirkətləri həmin ərazilərdə zəruri infrastrukturun yaradılması prosesinə cəlb edilib və bu istiqamətdə fəal əməkdaşlıq davam etdiriləcək

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər