2020-ci ildə dünya üzrə mina qurbanlarının sayı açıqlandı | 1news.az | Xəbərlər
Dünya

2020-ci ildə dünya üzrə mina qurbanlarının sayı açıqlandı

15:20 - 05 / 04 / 2021
2020-ci ildə dünya üzrə mina qurbanlarının sayı açıqlandı

"Minalar dağıdıcı gücə malikdir və onlar sivil infrastrukturlara zərər yetirə bilir. 2020-ci ildə BMT açıqlayıb ki, 10 mindən çox insan mina qurbanı olub".

1news.az oxu.az-a istinadən bildirir ki, bunu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Rezident nümayəndəsinin müavini Çaru Bist Beynəlxalq Mina Təhlükəsi ilə Mübarizə günü ilə əlaqədar keçirilən brifinqdə deyib.

O bildirib ki, dünyada hər dörd mina qurbanlarından biri uşaqdır.

Diplomatın sözlərinə görə, əsas istiqamət işləri gücləndirmək və genişləndirməkdir.

"Minalı ərazilərdə işləyən insanların həyatına minimum təsir olmalıdır. Minaların təmizlənməsi üçün beynəlxalq səylər gücləndirilməlidir".

1news.az

Paylaş:
538

Son xəbərlər

Bütün xəbərlər