İƏT nümayəndələrinin Ağdam və Gəncəyə səfəri başlayıb – FOTO | 1news.az | Xəbərlər
Siyasət

İƏT nümayəndələrinin Ağdam və Gəncəyə səfəri başlayıb – FOTO

S.Xankişiyeva12:01 - 06 / 04 / 2021
İƏT nümayəndələrinin Ağdam və Gəncəyə səfəri başlayıb – FOTO

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nümayəndələri Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə tanışlıq məqsədilə Ağdam rayonu və Gəncə şəhərinə səfəri başlayıb.

Trend-in məlumatına görə, səfər çərçivəsində, həmçinin İƏT Təmas Qrupunun nümayəndələrinin müxtəlif dövlət qurumlarında görüşləri nəzərdə tutulur.

Xatırladaq ki, 5 aprel tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin ölkəmizə səfəri başlayıb.

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər