“Caspian News” portalında 44 günlük müharibədə Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə olunmasından bəhs edən məqalə yerləşdirilib | 1news.az | Xəbərlər
Siyasət

“Caspian News” portalında 44 günlük müharibədə Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə olunmasından bəhs edən məqalə yerləşdirilib

S.Xankişiyeva16:46 - 07 / 04 / 2021
“Caspian News” portalında 44 günlük müharibədə Azərbaycana qarşı “İsgəndər” raketindən istifadə olunmasından bəhs edən məqalə yerləşdirilib

“Caspian News” xəbər portalında “Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsi yeni faktlarla təsdiqlənib” sərlövhəli məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə 2020-ci ildə baş vermiş 44 günlük Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycana qarşı “İsgəndər” raketlərindən istifadə etməsinin regional və beynəlxalq media qurumlarının diqqət mərkəzində olduğu vurğulanır.

Yazıda bildirilir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə aparılan davamlı minatəmizləmə əməliyyatları nəticəsində Azərbaycanın Qarabağ bölgəsindəki Şuşa şəhəri ətrafında iki partlamış raketin qalıqları tapılıb və martın 15-də tapılmış həmin raket qalıqlarının Rusiya istehsalı olan “İsgəndər” raketləri olduğu təsdiqlənib. Həmin raket qalıqları agentliyin nümayəndələri tərəfindən keçən həftə paytaxt Bakıda nümayiş etdirilib ki, bu da Azərbaycana qarşı böyük dağıdıcı gücə malik raketin istifadə olunması ilə bağlı bir sıra suallar doğurub.

“İsgəndər” raketlərinin xüsusiyyətləri barədə ətraflı məlumat verilən məqalədə qeyd olunur ki, “İsgəndər” raketi çoxsaylı döyüş sursatları, o cümlədən döyüş başlığı, gücləndirilmiş partlayış başlığı və anti-radar missiyaları üçün nəzərdə tutulmuş elektromaqnit cihazı, eləcə də nüvə başlıqları ilə təchiz edilə bilən raket növüdür. “İsgəndər” raket sistemi iki variantda istehsal olunur: “İsgəndər-M” və İsgəndər-E”. “İsgəndər-M” raket növü Rusiya hərbçilərinin istifadəsi üçün, “İsgəndər-E” isə ixrac üçün nəzərdə tutulub. İxrac üçün nəzərdə tutulan “İsgəndər-E” raketi maksimum 280 kilometr, ballistik raket kompleksi – “İsgəndər-M” isə 500 kilometr radiusa malikdir.

Məqalədə, həmçinin qeyd olunur ki, “İsgəndər” raketinin Azərbaycanın Şuşa şəhəri istiqamətinə buraxılması ilə bağlı ətraflı məlumat təqdim edən məhz Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyan olub. Ermənistanın keçmiş baş qərargah rəisi Onik Qasparyanın “Forbes” jurnalına verdiyi müsahibəyə istinad edilən məqalədə deyilir: ““İsgəndər” raketindən istifadə etməyimə yalnız Şuşa şəhərində icazə verildi və mən də istifadə etdim. Bu, bizə müəyyən üstünlüklər verdi və biz bir neçə tankı şəhərə gətirməyi bacara bildik. Baş nazir Nikol Paşinyan isə beynəlxalq ictimaiyyətin sərt qınağından qorxaraq raketin istifadə edilməsini qadağan etmişdi”.

Paylaş:
262

Son xəbərlər

Rusiya Ukraynanın enerji infrastrukturuna hücumlar edibBu gün, 12:37Cümə gününün hava proqnozuBu gün, 12:22Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 12:11Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıbBu gün, 12:05Azad edilmiş rayonlarda nə qədər iş yeri yaradılıb? - Statistika açıqlandıBu gün, 11:58Şəkərli diabetin müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanırBu gün, 11:36FHN dəm qazı təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:32Azərbaycan Prezidenti Mavritaniyanın dövlət başçısına təbrik məktubu ünvanlayıbBu gün, 11:22Dövlət başçısı Timor-Leste Demokratik Respublikasının Prezidentini təbrik edibBu gün, 11:19Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıbBu gün, 11:11“Bərgüşadçay” yedək gəmisi istismara verilibBu gün, 11:08İlham Əliyev Albaniya Prezidentini təbrik edibBu gün, 11:07Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşası davam edir - FOTO - VİDEOBu gün, 11:02COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edibBu gün, 11:00Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50
Bütün xəbərlər