Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb

S.Xankişiyeva15:41 - 10 / 04 / 2021
Azərbaycan Prezidentinin köməkçisi Türk Şurasının Baş katibi ilə görüşüb

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev aprelin 10-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin üçüncü toplantısında iştirak etmək məqsədilə Bakıda səfərdə olan təşkilatın Baş katibi Bağdad Amreyevlə görüşüb.

1news.az-ın verdiyi xəbərə görə, görüşdə Türk Şurası çərçivəsində əməkdaşlıq, Azərbaycanın sədrliyi dövründə təşkilatın fəaliyyətinin, üzv ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün görülən işlər və gələcək addımlar müzakirə olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2019-cu il oktyabrın 15-də Bakıda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün Yekun Bəyannaməsində media və informasiya siyasəti sahəsində əməkdaşlığın əhəmiyyətinin vurğulandığı qeyd olunaraq bu tapşırıqdan irəli gələrək təşkil olunan bugünkü toplantının üzv ölkələr arasında sözügedən sahədə əməkdaşlığın gücləndirilməsinə və onun praktiki həyata keçirilməsinə töhfə verəcəyi bildirilib. Görüşdə bu xüsusda perspektiv istiqamətlərə dair fikir mübadiləsi aparılıb.

Paylaş:
426

Son xəbərlər

Paşa Kapitalda “SİMA İmza” ilə məsafədən hesab açmaq imkanı yaradılıbBu gün, 10:41LG telefon bazarını tərk etdiBu gün, 10:34Psixoloq: Oyuncaqlar uşaqların xarakterini formalaşdırırBu gün, 10:20Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 10:11Bakıda yağıntılı hava şəraiti hökm sürür - FAKTİKİ HAVABu gün, 09:58Doktoranturada təhsil alanlar üçün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcəkBu gün, 09:50Adil Kərimlinin X Qlobal Forumda məruzəsi dinlənilibBu gün, 09:46BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47
Bütün xəbərlər