BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb - FOTO

S.Xankişiyeva17:45 - 14 / 04 / 2021
BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb - FOTO

BMT-nin Azərbaycandakı nümayəndəliyinin münaqişədən zərər çəkmiş Bərdə, Ağdam və Tərtər rayonlarına üç günlük səfəri başa çatıb. Səfərin əsas məqsədi BMT-nin bu rayonlarda gördüyü işləri, cari humanitar ehtiyacları, eləcə də fəaliyyətlərin əlaqələndirilməsini müzakirə etmək idi.

Nümayəndəlikdən Trend-ə bildirilib ki, səfər iştirakçıları yerli icra hakimiyyətlərinin başçıları və münaqişədən əziyyət çəkmiş icmaların nümayəndələri ilə görüşüblər.

Hərbi əməliyyatlar dayandırıldıqdan sonra BMT-nin Azərbaycandakı nümayəndəliyi münaqişə nəticəsində müvəqqəti olaraq yaşayış yerlərini tərk etmiş əhalinin vacib humanitar ehtiyaclarını qarşılamaq üçün təxirəsalınmaz tədbirlərə başlayıb. Ərzaq, sığınacaq, gigiyena, mina riski ilə bağlı maarifləndirmə, səhiyyə xidmətlərinin göstərilməsi, psixoloji və sosial dəstək, habelə təhsil sahələrində vacib ehtiyacları müəyyənləşdirmək və prioritetləşdirmək üçün BMT Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində ehtiyacların dəyərləndirilməsi üçün bir neçə missiya həyata keçirib.

Humanitar fəaliyyəti dəstəkləmək üçün BMT-nin Azərbaycanda fəaliyyət göstərən agentliklərinin maliyyə vəsaiti ilə yanaşı, təşkilatın Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (UN OCHA) Vahid Təcili Yardım Fondundan (CERF) 2 milyon ABŞ dolları ayırıb.

Paylaş:
461

Son xəbərlər

BDU-nun Astrofizika kafedrası: “Noyabrın 28-29-da geomaqnit qasırğası gözlənilir”Bu gün, 09:30AMB 28 noyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 09:29Bakıda qarlı havalara hazırlıq işləri görülür, texnikalar hazır vəziyyətə gətirilibBu gün, 09:20Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 09:13Zamiqin ifasında səslənən “Ay Laçın” mahnısı Türkiyə serialında – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05
Bütün xəbərlər