XİN: Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil | 1news.az | Xəbərlər
Siyasət

XİN: Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil

S.Xankişiyeva09:49 - 16 / 04 / 2021
XİN: Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsi Ermənistan baş naziri N.Paşinyanın ölkə parlamentində söylədiklərini şərh edib.

1news.az-ın verdiyi xəbərə görə, XİN-in şərhində deyilir:

"14 aprel tarixində Ermənistan Parlamentində çıxış edən baş nazir Nikol Paşinyan növbəti sərsəmləmələri ilə diqqət çəkməyə çalışıb.

N.Paşinyanın söylədiyi heç bir fikir şərh olunmağa belə layiq deyil.

Ağır məğlubiyyətdən nəticə çıxarmayan baş nazir Paşinyana elə onun istinad etdiyi şeir dili ilə izah etmək istərdik. Hüseyn Cavidin dediyi kimi:

“Yurdumuzu çiynəyən

Sayğısız hər kim olsa.

İnan ki, çox sürmədən,

Diz çökəcək qarşıda.”

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər