Təhsil Nazirliyi: Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi: Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olunub

Qafar Ağayev16:17 - 19 / 04 / 2021
Təhsil Nazirliyi: Vətən müharibəsi iştirakçılarının ailə üzvləri işə qəbul olunub

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə cari ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müvafiq vakansiyalara işə qəbul prosesi dayandırılıb və həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib..

Bu barədə 1news.az-a Təhsil Nazirliyindən bildirilib.

İndiyədək Təhsil Nazirliyinə şəhid, qazi və Vətən müharibəsi iştirakçılarının ailə üzvləri tərəfindən işə qəbulla əlaqədar müraciətlər araşdırıldıqdan və vakant yerlərlə bağlı həmin şəxslərlə əlaqə saxlanılaraq rəylər alındıqdan sonra 300-dən çox müraciət müsbət həllini tapıb.

Paylaş:
545

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər