Sahibə Qafarova: Fransa Senatı sədrinin Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi yolverilməzdir | 1news.az | Xəbərlər
Siyasət

Sahibə Qafarova: Fransa Senatı sədrinin Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi yolverilməzdir

S.Xankişiyeva12:11 - 27 / 04 / 2021
Sahibə Qafarova: Fransa Senatı sədrinin Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi yolverilməzdir

Fransa Senatının sədri Jerar Larşenin bu günlərdə Ermənistana rəsmi səfəri zamanı Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsi yolverilməzdir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin plenar iclasında çıxışı zamanı deyib.

Milli Məclisin sədri vurğulayıb ki, Fransa Senatı ədalətli mövqe tutsaydı, Azərbaycan torpaqlarının uzun müddət işğal altında saxlanmasına, dini və tarixi abidələrin dağıdılmasına, günahsız insanların məhv edilməsinə göz yummazdı.

Sahibə Qafarova fransalı həmkarının bu cür qərəzli mövqeyindən təəssüfləndiyini də bildirib.

Paylaş:
289

Son xəbərlər

Bütün xəbərlər