Birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Qafar Ağayev12:23 - 27 / 04 / 2021
Birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Alternativ qeydiyyat mərkəzləri fəaliyyətə başlayıb.

İdarədən 1news.az-a verilən məlumata görə, alternativ qeydiyyat mərkəzlərinin işi mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq, həm ənənəvi, həm də onlayn qaydada (“WhatsApp” nömrələr vasitəsilə) təşkil olunacaq.

Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan valideynlərə (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış işçi qrupları, həmçinin “WhatsApp” müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstəriləcək.

Daha operativ xidmət göstərmək üçün 12 rayon üzrə 27-si məktəblərdə, 4-ü onlayn olmaqla, ümumilikdə 31 Alternativ qeydiyyat mərkəzi (https://baku.edu.gov.az/az/page/276) müəyyən olunub.

Məktəblərdə fəaliyyət göstərəcək Alternativ qeydiyyat mərkəzləri:

Binəqədi rayonu - 297, 83 və 313 nömrəli tam orta məktəblər;

Nərimanov rayonu - 82 nömrəli tam orta məktəb;

Nəsimi rayonu - 19 nömrəli tam orta məktəb;

Nizami rayonu - 145 və 129 nömrəli tam orta məktəblər;

Pirallahı rayonu - 235 nömrəli tam orta məktəb;

Qaradağ rayonu - 110, 180, 195, 228, 274 və 288 nömrəli tam orta məktəblər;

Sabunçu rayonu - 74,128 və 130 nömrəli tam orta məktəblər;

Səbail rayonu - 163 nömrəli tam orta məktəb;

Suraxanı rayonu - 76, 84 və 279 nömrəli tam orta məktəblər;

Xətai rayonu - 17 və 165 nömrəli tam orta məktəblər;

Xəzər rayonu - 136, 156 və 234 nömrəli tam orta məktəblər;

Yasamal rayonu - 18 nömrəli tam orta məktəb.

Onlayn Alternativ qeydiyyat mərkəzləri (“WhatsApp” nömrələr vasitəsilə)

Binəqədi, Sabunçu və Yasamal rayonları üzrə: (+994 51) 563-15-77

Suraxanı, Xəzər və Pirallahı rayonları üzrə: (+994 51) 543-15 -77

Nərimanov, Səbail və Qaradağ rayonları üzrə: (+994 51) 568-15-77

Nəsimi, Nizami və Xətai rayonları üzrə: (+994 51) 546-15-77

Valideynlər digər bütün hallarla bağlı mektebeqebul.edu.az elektron portalında şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi vasitəsilə müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu üçün ərizələrin onlayn qeydiyyatı prosesinə aprelin 27-dən, Azərbaycan dilində tədris aparılan bölmə üzrə birinci siniflərə elektron sorğu yerləşdirmək prosesinə isə aprelin 29-dan etibarən başlanılacaq.

Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə müraciət etmək istəyən valideynlər aprelin 29-dan mektebeqebul.edu.az elektron sistemində şəxsi kabinetlərinə daxil olaraq övladlarını müsahibəyə yaza bilərlər. Müsahibədə iştirak edərək uğur qazanmış uşaqların həmin bölmə üzrə məktəb seçimi prosesinə isə iyun ayında başlanılması nəzərdə tutulur.

Paylaş:
491

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər