“Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı konkret mövqeyi Ermənistana bir mesajdır” - Deputat
“Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Zəngilana və Cəbrayıla növbəti səfəri bir daha göstərdi ki, ölkəmizin qarşısında dayanan yeni strateji vəzifə, yəni işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması prosesi dinamik, qarşısı alına bilinməyən prosesdi”.
Bu barədə 1news.az-a açıqlamasında Milli Məsclisin deputatı Elman Nəsirov deyib. Deputat qeyd edib ki, bütün təxribatçı cəhdlərə rəğmən Azərbaycan yenidənqurma işlərini sürətlə öz qaydasında davam etdirəcək.
Gələn ay Ermənistantanda növbədənkənar parlament seçkilərinin keçirilicəyinə toxunan E.Nəsirov hakimiyyətə iddialı olan revanşist qüvvələrin xeyli fəallaşdığını qeyd etməklə yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərinin bütün bu reallıqlar fonunda baş tutduğunu söyləyib:
“Məlum olduğu kimi, Ermənistanda iyul ayının 20-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Bu gün həm Ermənistan iqtidarı, eyni zamanda revanşistlər, hakimiyyətə iddialı olan qüvvələr ritorikalarını gücləndiriblər. Ermənistanda Qarabağ məsələsinə münasibətdə iqtidar ilə müxalifətin davranışı seçilmir. Xüsusilə Cozef Baydenin “soyqrırım” ifadəsi işlətməsi Ermənistanda revanşistləri xeyli ümidləndirib. Bütün bu reallıqlar fonunda Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfər edir. Bu səfər çərçivəsində infrastruktur işləri, atılan addımlar, yeni avtomobil yolunun çəkilişi, Füzulidə hava limanının tikintisi və daha iki hava limanının tikintisi ilə bağlı hazırlığın getməsi onu göstərir ki, Qarabağın bərpası işləri sürətlə getməkdədir və Azərbaycan bu prosesdə israrlıdır. Azərbaycanın resursları var, siyasi iradə ortadadı və xalqın dəstəyi olduqca böyükdür. Ona görə bu strateji vəzifənin də öhtəsindən ləyaqətlə gəlinəcək”.
Deputat bildirib ki, Prezidentin səfər zamanı hərbçilərlə və oradakı mülki əhali ilə görüşləri, aparılan danışıqlar, səmimi söhbətlər Azərbaycanın Vətən mühasibəsində qazandığı tarixi qələbənin ölkəmizin qarşısında yeni vəzifələr müəyyən edildiyini göstərir:
“Ermənistanda və onların xarici havadarından kimlərsə düşünürlər ki, yenidən onlar Azərbaycan torpaqlarına göz dikə bilərlər və bu iddialardan vaz keçmirlərsə, bütün bunlar öz mənasını itirir. Cənab Prezidentin Zəngəzur dəhlizi ilə bağlı konkret mövqeyi Ermənistana bir mesajdır. Prezident bildirdi ki, Zəngəzur dəhlizi mütləq işə salınacaq, biz bunu dinc yolla isəyirik, amma lazım gələrsə güc tətbiqi ilə də biz bunu reallaşdıracağıq. Bütün bunlar göstərir ki, cənab Prezidentin rəhbərliyi ilə Qarabağın bərpası və yenidənqurması işləri əzmlə həyata keçirilir və yaxın zamanlarda onun böyük nəticələrini görəcəyik”