“Semaşko”da xəstələr oksigensiz qaldı - Oksigen balonları oğurlandı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Semaşko”da xəstələr oksigensiz qaldı - Oksigen balonları oğurlandı - VİDEO

13:21 - 29 / 04 / 2021
“Semaşko”da xəstələr oksigensiz qaldı - Oksigen balonları oğurlandı - VİDEO

Düşünün, bir yaxınınız xəstəxanada ağır vəziyyətdə oksigen balonuna bağlı halda yatır. Və gecənin bir aləmində xəstəxanadan zəng gəlir ki, xəstəxananın oksigen balonlarının olduğu yarımstansiyada oğurluq olub və dərhal gəlin! Keçirdiyiniz hiss-həyəcanı, stresi bir anlıq təsəvvürünüzə gətirin.

İlk ağlınızdan keçən yəqin ki, xəstənizin ölüm xəbərini almağınız olacaq. Dünən Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə bu hadisə baş verib.

Xəstələrə qoşulan oksigen balonlarının dəmir boruları oğurlanıb, xəstələr oksigen çatışmazlığı riski, yəni ölümlə üz-üzə qalıblar.

1news.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə dünən gecə paytaxt Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Oksigen balonlarının olduğu yarımstansiyada oğurluq olub, nəticədə xəstəxanada həyəcanlı anlar yaşanıb.

Xəstə yaxınlarının sözlərinə görə, hadisə zamanı ölüm hadisəsi qeydə alınmasa da, balonların işləməyəcəyini düşünən hər kəs stresə girib.

Xəstə yaxınları bildirirlər ki, gecə baş vermiş hadisə ilə bağlı onlara məlumat verilən kimi dərhal xəstəxanaya gəliblər.

"Xəzər Xəbər" məsələnin təfərrüatlarını öyrənmək üçün hadisə yerində olub. 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirildi ki, xəstəxana daxilində 2 oksigen stansiyası fəaliyyət göstərir. Əsas oksigen stansiyasında heç bir problem yaşanmayıb. Problem ehtiyat yarımstansiyada baş verib. Stansiyada olan azot balonlarının mis ştativləri oğurlanıb.

Hadisənin ərazinin yaxınlığında yerləşən narkoloji dispanserdə yatan xəstələr tərəfindən törədildiyindən şübhələnilir. Güman olunur ki, gecə narkotik istifadəçiləri 1 saylı Kliniki Tibbi Mərkəzin zirzəmisinə girərək üçüncü korpusa gələn oksigen borularının xəttini kəsib götürüblər. Həmin korpusda oksigenə ehtiyacı olan xəstə olmadığından heç kim zərər çəkməyib. Problem qısa müddətdə aradan qaldırılıb.

Artıq fakt ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edilib, məsələ Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsində araşdırılır. O da qeyd olunub ki, bu, artıq xəstəxana daxilində baş vermiş ikinci belə hadisədir..

1news.az

Paylaş:
279

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər