Litvanın xarici işlər naziri: Mina xəritələri ilə bağlı məsələni biz də Ermənistanın qarşısında qaldırırıq
“Ermənistanda olanda biz minalanmış ərazilərin xəritələri barədə onlardan da soruşduq. Biz soruşuruq ki, necə olacaq? Bu sualı biz də Ermənistanın qarşısında qaldırırıq”.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Gabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.
“Regionda təhlükəsizliklə bağlı vəziyyətin yaxşılaşdığını görürük, amma həll olunmamış məqamlar var. Biz də düşünürük ki, nə edə bilərik? Regionda uzunmüddətli sülhün saxlanılması üçün tədbirlər görülməlidir. Bu, Azərbaycanın marağındadır, Azərbaycan da bilmək istərdi ki, sərhədin o tərəfindən təhlükə gəlməyəcək?”, - deyə Litva XİN başçısı bildirib.
303