Dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistana təzyiqi artırmalıdırlar - Nazir | 1news.az | Xəbərlər
Siyasət

Dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistana təzyiqi artırmalıdırlar - Nazir

S.Xankişiyeva14:37 - 30 / 04 / 2021
Dünya dövlətləri, beynəlxalq təşkilatlar Ermənistana təzyiqi artırmalıdırlar - Nazir

Məcburi köçkünlərin işğaldan azad olunan torpaqlara qayıtması üçün sistemli və ardıcıl addımlar atılır.

Həmin ərazilər 30 il ərzində minalarla çirkləndirilib. Azərbaycanın və beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır və müharibə cinayətini davam etdirir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, 2020-ci il noyabrın 10-dan bəri mina partlayışı nəticəsində 22 nəfər həlak olub, 100 nəfər yaralanıb. Dünya dövlətləri, beynəlxalq təşkilatlar buna səssiz qalmamalı, Ermənistana təzyiqi artırmalıdırlar.

Litva-Azərbaycan əlaqələrinə toxunan C.Bayramov bildirib: “Azərbaycan Litva ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir. Həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin, siyasi dialoqun inkişaf etdirilməsi hər iki ölkənin marağındadır. Ölkələrimizin parlamentləri arasında münasibətləri də inkişaf edir”.

Nazir bildirib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük potensial var. Kənd təsərrüfatı, qida sənayesi, alternativ enerji və humanitar sahələrdə də əməkdaşlığı inkişaf etdirmək niyyətindəyik.

Paylaş:
286

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər