Nazir Los Ancelesdə radikal ermənilərin Azərbaycan əleyhinə aksiyasına münasibət bildirib | 1news.az | Xəbərlər
Siyasət

Nazir Los Ancelesdə radikal ermənilərin Azərbaycan əleyhinə aksiyasına münasibət bildirib

S.Xankişiyeva14:45 - 30 / 04 / 2021
Nazir Los Ancelesdə radikal ermənilərin Azərbaycan əleyhinə aksiyasına münasibət bildirib

"Azərbaycanın səfirliklərinə və diaspor nümayəndələrinə qarşı radikal hərəkətlər edilir. Belə aksiyalardan biri Los Ancelesdə keçirildi. Bunu qətiyyətlə pisləyirik. Ermənistanda nifrət zəminində çıxışlar, çağırışlar çoxdur".

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Ermənistanda Azərbaycanla münasibətlərin normallaşması üçün çağırış edənlər təhqir olunur, belə çağırışı edənlər xəyanətkar adlandırılır: “Yalan və saxta miflər üzərində qurulmuş bu addımlar təhlükəlidir. Biz artıq xəstəlik səviyyəsinə çatan dözümsüzlük kampaniyasının şahidi oluruq”.

Paylaş:
321

Son xəbərlər

Bütün xəbərlər