Yeni vaksin ilk olaraq 60 və daha yuxarı yaşlı şəxslərə vurulacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Yeni vaksin ilk olaraq 60 və daha yuxarı yaşlı şəxslərə vurulacaq

Qafar Ağayev15:04 - 30 / 04 / 2021
Yeni vaksin ilk olaraq 60 və daha yuxarı yaşlı şəxslərə vurulacaq

Azərbaycanda "Vaxzevria” vaksini (İstehsalçı şirkət “AstraZeneca“) ilkin olaraq 60 yaş və daha yuxarı şəxslərə tətbiq olunacaq.

1news.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

Qeyd edək ki, mayın 3-dən Azərbaycanda "Vaxzevria” vaksinin tətbiqinə başlanılır. “COVAX” platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “Vaxzevria” peyvəndi gətirilib.

Paylaş:
454

Son xəbərlər

Bütün xəbərlər