DİN: Fuad Rəsulzadəni döyən şəxslər həbs edilməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: Fuad Rəsulzadəni döyən şəxslər həbs edilməyib

17:57 - 30 / 04 / 2021
DİN: Fuad Rəsulzadəni döyən şəxslər həbs edilməyib

Şəhid Xudayar Yusifzadə barədə sosial şəbəkələrdə status paylaşdığına görə Fuad Rəsulzadəni döyən şəxslər həbs edilməyib.

1news.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib.

Onun sözlərinə görə, hazırda həbs olunan yoxdur: "Xəbər verildiyi kimi, artıq qanunun tələbinə uğun olaraq həmin fakt üzrə cinayət işi başlanılıb və istintaq aparılır. Tərəflər dindirilib, ifadələri alınıb, lakin hələlik həbs olunan yoxdur. İstintaq prosesində tərəflər barışmaq niyyətində olduqlarını da bildiriblər. Barışıq barədə rəsmi müraciət edərlərsə, prossesual qanunvericiliyə uyğun olaraq nəzərə alınacaq".

1news.az

Paylaş:
330

Son xəbərlər

Bütün xəbərlər