2,4 milyon dollar toplandı, Tunar ABŞ-a aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

2,4 milyon dollar toplandı, Tunar ABŞ-a aparılır

09:32 - 30 / 04 / 2021
2,4 milyon dollar toplandı, Tunar ABŞ-a aparılır

Uzun müddətdir I növ onurğa amiotrofiyasından (SMA) əziyyət çəkən Tunar Bağırovun xəstəliyinin müalicəsi üçün məbləğ toplanırdı.

Məbləğin müəyyən hissəsi könüllü toplanıldıqdan sonra qalan hissənin tamamlanması üçün Heydər Əliyev Fondu şirkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırdı.

1news.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Tunarın anası Səbinə Əliyeva Azxəbər-ə açıqlamasında Tunar üçün lazım olan məğləğin toplandığını deyib.

O bildirib ki, xəstəxanadan dəvət gözləyirlər:

“2 milyon 400 min dolların müəyyən hissəsi toplanmışdı, qalan hissəsi də qarşılanacaq. Hazırda müalicə üçün isə xəstəxananın dəvətini gözləyirik. Xəstəxana dəvət etməlidir.

Xəstəxana ABŞ-dadır, viza məsələsi də həll olunmalıdır. Buna görə hələlik dəqiq vaxt bilinmir. Bu gün xəstəxanadan bizimlə əlaqə saxladılar.

Yəqin ki, növbəti həftə dəvət hazır olacaq. Gələn həftə görüş nəzərdə tutulur. Əsas odur ki, xəstəxana bizi qəbul edib, qiyməti də deyiblər”.

Səbinə Əliyeva qeyd edib ki, iki həftə sonra ABŞ-a getməyi planlaşdırırlar:

“Əgər viza işləri həll olunarsa, iki həftə sonra ABŞ-a gedə bilərik. Biz Türkiyədə oturum işini həll edirdik ki, buradan gedək, bu səbəbdən də bir az gecikmələr oldu. Getmək o qədər də asan deyil. Çünki həkimlər əmin olmalıdır ki, mən uşağa ev şəraitində tam nəzarət edə bilirəm.

Mən lazımi aparatlarla da işləməyi öyrənirəm, çünki bu, tələb olunur. Ona görə ki, əgər hər hansı gözlənilməz hallar olarsa, uşağa ev şəraitində yardım edə bilim. Ümid edirəm, yaxın günlərdə bunlar həll olacaq”.

1news.az

Paylaş:
378

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər