Gəncədə şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilir - FOTO

S.Xankişiyeva12:07 - 30 / 04 / 2021
Gəncədə şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilir - FOTO

Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə abidə kompleksi inşa edilir.

Gəncə Şəhər İcra Hakimiyyətindən 1news.az-a bildirilib ki, abidə kompleksində I Qarabağ savaşı və 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərimizin, habelə Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin şəkilləri yer alacaq.

Abidə kompleksinin müəllifi, Əməkdar rəssam Şərif Şərifov bildirib ki, abidə kompleksinin əsas mövsuzu qələbədir. Burada inşa edilən “Şəhid bulağı” isə xalqımızın, xüsusilə gəncəlilərin qədim adətlərini özündə ehtiva edir: “Suyun ehsan edilməsi bizim köhnə adətlərimizdəndir. Zənnimcə bu amil abidənin daha da doğmalaşmasına təkan olaqcaq”.

Şəhid Ağamirzə Quliyevin atası İlham Quliyev də öz növbəsində bu təşəbbüsü yüksək qiymətləndirdiyini qeyd edib. “Şəhidlərimizin ruhuna hər zaman dərin hörmət və ehtiram nümayiş olunur. Biz şəhid ailələri də dövlətimizin daim diqqətindəyik. Bunun üçün dövlət başçısı və şəhər rəhbərliyinə öz dərin minnətdarlığımızı bildiririk”, - deyə, o bildirib.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən inşa olunan abidə kompleksi İstiqlal parkında yerləşəcək. Abidə kompleksinin sözügedən məkanda yerləşməsinə şəhid ailələrinin təklif və müraciətləri də nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın iclasında qərar verilib.

Gəncə Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, Cavad xan Tarix və Mədəniyyət Fondunun I vitse-prezidenti Müzadil Həsənov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin yaşadılması, onların tanıdılması hər birimizin borcudur: “İnşa edilən bu abidə komplkesi də bu torpaqları Vətən edənlərə göstərilən dərin hörmət və ehtiramın bir nümunəsi olacaqdır”.

Qeyd edək ki, abidə kompleksinin bir neçə aya təhvil verilməsi nəzərdə tutulur.

Paylaş:
228

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər