Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb - STATİSTİKA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb - STATİSTİKA

S.Xankişiyeva16:39 - 01 / 05 / 2021
Azərbaycanda bir gündə 2104 nəfər COVID-19-dan sağalıb - STATİSTİKA

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 213 yeni yoluxma faktı qeydə alınıb, 2 014 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 320 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 291 564 nəfər müalicə olunaraq sağalıb, 4 538 nəfər vəfat edib, aktiv xəstə sayı 24220 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 692, ötən müddət ərzində isə ümumilikdə 3 253 878 test aparılıb.

Paylaş:
376

Son xəbərlər

Bütün xəbərlər