Bu gün Azərbaycanda ikinci Qədr gecəsidir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Azərbaycanda ikinci Qədr gecəsidir

10:45 - 03 / 05 / 2021
Bu gün Azərbaycanda ikinci Qədr gecəsidir

Bu gün Azərbaycanda ikinci Qədr (Əhya) gecəsidir.

1news.az-ın məlumatına görə, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edib. Ramazanın 22-ci (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq.

Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

1news.az

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər