17 yaşlı azərbaycanlı qız ABŞ-da təqaüdlü doktorluq təhsilinə başlayacaq
14 yaşında ABŞ-da universitetə daxil olan azərbaycanlı Selcan Əhmədli artıq Şimal-Qərb Universitetində (Northwestern University) doktorluq təhsilinə başlayacaq.
1news.az xəbər verir ki, bu barədə Selcan Əhmədliyinin əmisi Anar Əhmədli öz facebook hesabında qeyd edib.
“Bu il bakalavr dərəcəsini bitirən, hazırda 17 yaşı olan Selcan ABŞ-da bir neçə universitetdə tam təqaüd proqramını qazanıb. Bura Şimal-Qərb Universiteti, Minnesota Universiteti, Merilənd Universiteti, Virciniya Universiteti, Karnegi Mellon Universiteti, Keyz Vestern Universiteti və digərləri daxildir.
Selcan bu il - 17 yaşında bakalavr təhsilini tamamlayır və payızda Şimal-Qərb Universitetində riyaziyyat üzrə doktorluq dərəcəsinə başlayır. Səninlə fəxr edirik, Selcan!” – deyə, əlavə edib.