Şuşaya yeni magistral su kəməri çəkiləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşaya yeni magistral su kəməri çəkiləcək

S.Xankişiyeva16:32 - 04 / 05 / 2021
Şuşaya yeni magistral su kəməri çəkiləcək

Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər proqramının icrasına başlanılıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə “Azərsu” ASC-dən verilən məlumata görə, Tədbirlər Planına əsasən, Şuşa şəhərini içməli su ilə təmin edən Kiçik Kirs və Zarıslı suqəbuledici qurğularında yenidənqurma işləri aparılacaq.

Kiçik Kirs mənbəyindən Şuşaya yeni magistral su kəməri çəkiləcək, şəhər ərazisində 6 km paylayıcı su xətti, hər birinin tutumu 500 kubmetr olan 3 ədəd su anbarı inşa olunacaq.

Tədbirlər çərçivəsində ilkin olaraq tikintisi davam edən Füzuli-Şuşa avtomagistralının, eləcə də elektrik stansiyasının ərazisindən keçən və uzun illərdir istismar olunan magistral kəmərin yenilənməsi işlərinə başlanılıb. Bu məqsədlə Şuşa şəhərinin yaxınlığındakı suqəbuledici kameradan şəhərdəki anbara qədər polad borularla 1,8 km uzunluğunda yeni magistral su kəməri çəkilir.

Kəmərin inşasında istifadə olunacaq maşın-mexanizmlərin, polad boruların və digər mal-materialların Şuşa şəhərinə daşınması təmin edilib. Hazırda tikinti-quraşdırma işləri Laçın-Şuşa avtomagistralının trassası boyunca davam etdirilir.

Magistral su kəmərinin inşası zamanı texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi xüsusi avadanlıqlarla yoxlanılır, müvafiq rəy verildikdən sonra həmin hissələr həm daxildən, həm də xaricdən izolyasiya olunur. Suyun keyfiyyətini sabit saxlamaq üçün borular daxildən xüsusi boyalarla izolyasiya edilir. Yeni magistral su kəmərinin Şuşa şəhərinə çəkilən magistral avtomobil yolunun trassası ilə kəsişmə hissəsinin inşası qısa müddətdə başa çatdırılacaq.

Yeni layihədə Şuşa şəhərini içməli su ilə təmin edən magistral kəmərlər əlaqələndirilməklə su təminatının bir qovşaqdan idarə olunması nəzərdə tutulur. Belə ki, hazırda Kiçik Kirs mənbəyindən nəql olunan su şəhərdəki anbar kompleksinə suqəbuledici kameradan, Zarıslı mənbəyindən isə birbaşa ötürülür. Yeni layihənin icrası hər iki kəmərin suqəbuledici kamera ilə əlaqələndirilməsinə və suyun buradan şəhərə bir kəmərlə nəqlinə imkan yaradacaq.

Qeyd edək ki, yeni magistralın inşası ilə yanaşı şəhərdaxili şəbəkədə də tənzimləmə işləri aparılır və baş verə biləcək qəzaların aradan qaldırılması üçün “Azərsu” tərəfindən şəhərdə fasiləsiz xidmət təşkil edilib.

Şuşa şəhərinin yeni Baş Planına uyğun olaraq şəhərin içməli su və tullantı su şəbəkələri yenidən qurulacaq, içməli və tullantı sutəmizləyici qurğular inşa ediləcək.

Paylaş:
72

Son xəbərlər

“Yeni təqaüd qaydaları və imkansız tələbələrin təhsil haqqından azad olunması” - “Çıxışa doğru”da MÜZAKİRƏ05 / 05 / 2021, 18:44Dolların sabaha olan rəsmi məzənnəsi açıqlanıb05 / 05 / 2021, 18:05Ən çox kubok qazanan baş məşqçilər - SİYAHI05 / 05 / 2021, 17:58Gəncədə evləri su basdı, FHN əməkdaşları əraziyə cəlb edildi - VİDEO05 / 05 / 2021, 17:51Bakıda 108 ədəd binanın sakinləri köçürülür - RƏSMİ05 / 05 / 2021, 17:50Azərbaycan və Gürcüstan XİN başçıları regional təhlükəsizliyi müzakirə ediblər – FOTO – YENİLƏNİB05 / 05 / 2021, 17:45Ana yurdu candan əziz tutanlar - VİDEO05 / 05 / 2021, 17:44Bakının məşhur “Luna Parkı” yenidən qurulur - VİDEO05 / 05 / 2021, 17:41Prezident İlham Əliyev Fikrət Qocanın vəfatı ilə əlaqədar nekroloq imzalayıb05 / 05 / 2021, 17:36ABŞ Azərbaycanın bu addımını alqışlayıb05 / 05 / 2021, 17:22Ermənistan ordusunun hərbçisi ölüb05 / 05 / 2021, 17:16Türkiyəyə göndərilən daha 2 qazimiz sağalaraq Vətənə geri dönüb - FOTO05 / 05 / 2021, 17:01Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb – CƏDVƏL05 / 05 / 2021, 17:00Xalq şairi Fikrət Qoca dəfn olunub05 / 05 / 2021, 16:55Azərbaycanda koronavirus: 1080 yeni yoluxan, 2074 sağalan var - STATİSTİKA05 / 05 / 2021, 16:39“ƏDVGeriAl” layihəsindən vətəndaşlara qaytarılan pulun məbləği açıqlandı05 / 05 / 2021, 16:36Prezident və xanımı Fikrət Qocanın dəfn mərasiminə əklil göndərib05 / 05 / 2021, 16:32ƏDV faizlərini geri alanlar üçün daha bir qazanc fürsəti!05 / 05 / 2021, 16:30“Xalçaçı günü” Qarabağda qeyd olundu - FOTO05 / 05 / 2021, 16:10Azərbaycanda 7 mindən artıq saxta əlillik dərəcəsi ləğv edilib05 / 05 / 2021, 16:09
Bütün xəbərlər

Next TV