“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub – FOTO | 1news.az | Xəbərlər
Siyasət

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub – FOTO

S.Xankişiyeva15:38 - 08 / 05 / 2021
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub – FOTO

8 may 2021-ci ildə Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatlarının üzvləri üçün 9 May - faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə əlaqədar, Xarici İşlər Nazirliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə, Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gətirilən, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevanın baş prodüseri olduğu “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub.

XİN-dən 1news.az-a bildirilib ki, tədbirin əvvəlində Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakı və faşizm üzərində Qələbə qazanılmasında oynadığı rolu əks etdirən qısa foto-sərgi nümayiş etdirilib.

Tədbirdə ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva çıxış ediblər. Çıxışlarda İkinci Dünya müharibəsində soydaşlarımızın göstərdiyi şücaət haqqında danışılıb və gənclərin bu istiqamətdə məlumatlılığının, habelə tariximizi daha dərindən öyrənmələrinin əhəmiyyətini vurğulanıb. Müstəqilliyimiz bərpa edildiyi vaxtdan etibarən ilk dəfə olaraq 9 May Qələbəsinin ikiqat fəxarətlə qeyd olunduğu vurğulanıb, bu xüsusda 2020-ci il 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edən Müzəffər Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin əhəmiyyətindən bəhs edilib. Bütün şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

Daha sonra, Bakı Media Mərkəzinin ssenarist və redaktoru Müsəllim Həsənovun “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin ssenarisi, necə ərsəyə gətirilməsi barədə çıxışı dinlənilib.

Çıxışlardan sonra filmin nümayişi baş tutub.

Paylaş:
459

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər