Korotçenko: Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib | 1news.az | Xəbərlər
Siyasət

Korotçenko: Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib

S.Xankişiyeva16:09 - 10 / 05 / 2021
Korotçenko: Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib

Heydər Əliyev müstəqil Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu rusiyalı hərbi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.

O qeyd edib ki, Heydər Əliyev sovet vaxtı da SSRİ-nin görkəmli dövlət xadimlərindən olub.

Ekspertin sözlərinə görə, post-sovet dövründə Heydər Əliyev sözün əsl mənasında Azərbaycanı dünyanın siyasi xəritəsindən silinməkdən xilas edib:

"Əvvəlcə hakimiyyəti ələ keçirmiş Xalq cəbhəsi tamamilə destruktiv siyasət yürütdü və yalnız Heydər Əliyev kimi nəhəng dövlət liderinin hakimiyyətə gəlməsi dövlətçiliyi qorumağa, inkişaf və irəliləyiş yoluna qədəm qoymağa imkan verdi".

İ.Korotçenko vurğulayıb ki, Heydər Əliyev təkcə Azərbaycanda deyil, həm də Rusiyada sevilən ümummilli liderdir və Azərbaycanın bəxti gətirib ki, rəhbərliyə Heydər Əliyev kimi şəxsiyyət gəlib:

"Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev çox layiqli siyasətçidir. Ümumiyyətlə, Azərbaycan post-sovet məkanında ən şanslı ölkədir, çünki buraya bu cür liderlər rəhbərlik edib və etməkdədir. Bu, rifahın, çiçəklənmənin və irəli addımlamağın əsasıdır. Prezident İlham Əliyev öz atasının vəsiyyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib, erməni işğalçılar qovulub. Azərbaycanın beynəlxalq zəfəri sözsüz ki, dahi atasının vəsiyyətini yerinə yetirmiş Prezident İlham Əliyevin şəxsiyyəti ilə bağlıdır".

Ekspert əlavə edib ki, məhz Heydər Əliyev bu gün Azərbaycanla Rusiyanı birləşdirən dostluğun əsasını qoyub:

"Biz Heydər Əliyevlə Vladimir Putinin şəxsi təmaslarını yaxşı xatırlayırıq. Biz xatırlayırıq ki, Azərbaycan hər zaman Rusiya üçün etibarlı arxa cəbhə olub, 90-cı illərin sonu - 2000-ci illərin əvvəlində, Şimali Qafqazda mürəkkəb vəziyyət hökm sürərkən Azərbaycan ərazisindən heç bir təhdid mövcud olmayıb. Biz görürük ki, bu gün Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edir. Bu da Azərbaycanın beynəlxalq siyasətinin nüfuzunun göstəricisidir".

Paylaş:
430

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər