Separatçılar hərbi təlimlərə başladılar - müharibə ehtimalı artır | 1news.az | Xəbərlər
Dünya

Separatçılar hərbi təlimlərə başladılar - müharibə ehtimalı artır

17:58 - 17 / 05 / 2021
Separatçılar hərbi təlimlərə başladılar - müharibə ehtimalı artır

Tanınmamış Donetsk və Luqansk xalq respublikalarında vətəndaşların hərbi təlimlərə çağırılması barədə qarar qəbul edilib.

1news.az strana.ua-ya istinadən xəbər verir ki, səfərbərlik yaşı çatan hər kəsə çağırış vərəqi gəlib. Eyni zamanda güc strukturlarının təlimləri də elan edilib. Müvafiq qərarı tanınmamış qurumlaırn rəhbərləri - Denis Puşilin və Leonid Paseçnik imzalayıb.

Donetskdə səfərbərlik sabahdan, Luqanska isə mayın 17-dən 21-nə kimi olacaq. Luqanskda üç min çağırışmının cəlb olunması planlaşdırılır. Ukrayna mediası bunun müharibəyə hazırlıq ehtimalı ilə əlaqələndirir.

1news.az

Paylaş:
838

Son xəbərlər

Bütün xəbərlər