Azərbaycan Prezidenti: Ermənistan böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan Prezidenti: Ermənistan böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür

S.Xankişiyeva17:56 - 20 / 05 / 2021
Azərbaycan Prezidenti: Ermənistan böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür

"İkinci Qarabağ müharibəsi bölgədəki vəziyyəti kökündən dəyişdirib. Bu hadisələr dəyişikliyə ehtiyac yaradıb".

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda keçirilən müzakirələr zamanı çıxışında deyib.

Tədbiri açan dövlət başçısı bu mövzuda müzakirələr təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: “Cənubi Qafqazda köklü dəyişikliklər baş verib və yeni vəziyyət yeni yanaşmalar tələb edir”.

Azərbaycan Prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişdirib: "İşğal bitməyənə və ərazilərimiz geri qaytarılmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyimizə dair mövqeyimizi açıq şəkildə bildirmişik. Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür".

Paylaş:
339

Son xəbərlər

Bütün xəbərlər