Prezident: Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb | 1news.az | Xəbərlər
Siyasət

Prezident: Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb

S.Xankişiyeva14:26 - 21 / 05 / 2021
Prezident: Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb

Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Böyük Britaniyanın ixracat naziri Qraham Styuartı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: "Əminəm ki, komissiyanın gündəliyi çox genişdir, çünki siz birlikdə çoxlu işlər görməlisiniz. Əminəm ki, sizin səfəriniz planlarımızın icrasında və yeni tədbirlərin planlaşdırılmasında çox önəmli bir addım olacaqdır. Əlbəttə ki, səfər uğurla inkişaf edən ikitərəfli əlaqələrimizi hətta daha da gücləndirəcəkdir. Sizin bildiyiniz kimi, mən dəfələrlə Birləşmiş Krallıqda olmuşam. Sonuncu səfərim üç il bundan əvvələ təsadüf edib.

Onda o vaxtkı Baş nazir xanım Mey ilə görüşmüşdüm və çox yaxşı müzakirəmiz olmuşdur. Bundan sonra pandemiyaya baxmayaraq münasibətlər çox fəal fazada idi. Beləliklə, bu ilin fevral ayında biz nazir xanım Mortonu qəbul etdik. Onunla da yaxşı söhbətimiz oldu. İndi siz səfər edirsiniz. Bütün bunlar çox fəal siyasi dialoqu və iqtisadi sahədə böyük perspektivləri nümayiş etdirir.

Sizin Azərbaycana gəlişinizdən əvvəl məlumatlara nəzər saldım və gördüm ki, Birləşmiş Krallıqdan Azərbaycana 30 milyard dollardan çox investisiya yatırılıb. Bu, həqiqətən də çoxdur. Bu, bizim inkişafımıza kömək edib. Bu, bizə nəinki təkcə neft və qaz sənayesini inkişaf etdirməyə kömək edir, eyni zamanda, ümumi inkişafımıza kömək edir. Çünki, bu investisiya bizim büdcəmizə daxil olan və qeyri-neft sahələrinə təkrar investisiya kimi yatırdığımız gəlirlərə gətirib çıxarmışdır. Bu gün əməkdaşlıq çox fəal şəkildə davam edir. BP 30 il ərzində və ən azından bundan sonra da 30 il ərzində bizim strateji tərəfdaşımızdır, çünki yeni perspektivlər var, yeni müqavilələr imzalanıb".

Paylaş:
388

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər