İlham Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət edib | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət edib

S.Xankişiyeva12:00 - 21 / 05 / 2021
İlham Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət edib

Prezident İlham Əliyev Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr olunmuş beynəlxalq konfransın iştirakçılarına müraciət edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, müraciətdə deyilir:

“Hörmətli konfrans iştirakçıları!

Sizi – Azərbaycan onkoloqlarını, müxtəlif ölkələrdən Bakıya gəlmiş alimləri və konfransa videoformatda qatılan bütün iştirakçıları ürəkdən salamlayır, konfransın işinə və insanların sağlamlığının qorunmasına yönəlmiş nəcib fəaliyyətinizdə hər birinizə yeni-yeni müvəffəqiyyətlər arzulayıram.

Dünyanı qlobal pandemiyanın son dərəcə çətin sınaq qarşısında qoyduğu hazırkı vaxtda olduqca aktual mövzuda belə nüfuzlu bir konfransın ölkəmizin paytaxtında təşkilini məmnunluq hissi ilə qarşılayır, 80 illiyi qeyd olunan Azərbaycan onkoloji xidmətinin ötən dövr ərzində beynəlxalq miqyasda qazandığı etimadın göstəricisi hesab edirəm. Bu mötəbər konfransda dünyanın məşhur universitetlərini təmsil edən tanınmış alim və mütəxəssislərin iştirakı ilə tibb elminin son nailiyyətləri işığında aparılacaq geniş və ətraflı müzakirələr ölkələrin səhiyyə qurumları qarşısında duran mühüm məsələləri özündə birləşdirir.

Respublikamızda səhiyyə sisteminin davamlı təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Təbabətin sürətlə inkişaf edən sahələri üzrə ən müasir üsullarla müayinə və müalicə üçün kifayət qədər geniş imkanlar yaradılması nəticəsində bu istiqamətdə bir sıra uğurlar əldə etmişik. Beynəlxalq təcrübədən qarşılıqlı surətdə faydalanmaqla problemlərin həllinə yönəlmiş birgə səylərimizin vacibliyini isə xüsusi qeyd etmək istərdim. Ümidvaram ki, yüksək elmi və elmi-təcrübi əhəmiyyətə malik konfransınız azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirəcəkdir.

Paylaş:
736

Son xəbərlər

DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12
Bütün xəbərlər