Hərbi qulluqçularımız Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək | 1news.az | Xəbərlər
Siyasət

Hərbi qulluqçularımız Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

S.Xankişiyeva12:35 - 21 / 05 / 2021
Hərbi qulluqçularımız Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

Təlim iyunun 4-dək davam edəcək.

Paylaş:
327

Son xəbərlər

Bütün xəbərlər